Aprelin 19-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi və tabeli idarələrin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən sahə qarşısında qoyulmuş vəzifələrin icrası və suvarma mövsümünə hazırlıqla bağlı videokonfrans keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun Unikal.org-a verdiyi məlumata görə, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi və struktur vahidlərinin iştirakı ilə keçirilən iclasda cənab Prezident tərəfindən meliorasiya və su təsərrüfatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin və tapşırıqların icrası, vegetasiya suvarma mövsümünə başlanılması ilə əlaqədar konkiret tapşırıqlar verilmiş və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.