İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 8864 nəfərin yoluxduğu təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 316 nəfər bu virusdan ölüb.

Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 117 243 nəfərə çatıb. Ölkədə hazırda 493 489 aktiv koronavirus xəstəsi var, onlardan 3244-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 878 994 nəfərdən 3 268 262 (son sutkada 19 669 nəfər) sağalıb.