İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri İndoneziyanın Sibolqa şəhərindən (Şimali Sumatra vilayəti) 304 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.