Ermənistanın paytaxtı İrəvanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat zamanı 50-dən çox kriminal avtoritet saxlanılıb. Onlar polis idarəsinə aparılıb.

Məlumata görə, saxlanılan şəxslər arasında axtarışda olan cinayətkarlar da var. Kriminal avtoritetlərin saxlanılma səbəbi açıqlanmayıb.