Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü saxlanılıb.

xxx

21:34

Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospektində - Bakı Olimpiya stadionun yaxınlığında ağır qəza baş verib.

Bu səbəbdən Mərdəkan qəsəbəsi istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Hadisə nəticəsində ölənin olduğu bildirilir.