Türkiyə Karate Federasiyasının prezidenti Esat Delihasan vəfat edib.

Unikal.org xəbər verir ki, Delihasan 52 yaşında koronavirusdan ölüb. Bu barədə Türkiyənin “NTV Spor” saytı məlumat yayıb.

Esat Delihasan 2008-ci ildən Türkiyə Karate Federasiyasına rəhbərlik edirdi.