Fenomen Şeyma Subaşının milyarder sevgilisi maraqlı jest edib.

Unikal.org xəbər verir ji, Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ona görə təyyarəni bağlatdırıb. Belə ki, bir müddətdir qızı Melisa ilə birlikdə Balidə istirahət edən Şeyma geri dönmək üçün sevgilisindən özəl təyyarə istəyib.

Lakin özəl təyyarə təşkil etmək mümkün olmayıb. Buna görə də misirli Mohammed bir sərnişin təyyarəsinin bütün biletlərini alıb.

Qeyd edək ki, Şeyma Subaşı sevgilisi ilə ailə həyatı qurmağa hazırlaşır.