Fransanın Monpelye şəhərində naməlum şəxs atəş açaraq hadisə yerindən qaçaraq gizlənib.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə aprelin 19-da günü birinci yarısında şəhərin mərkəzində yerləşən Beaux-Arts rayonunda baş verib.

Naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb. Ağır yaralanan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsin axtarışlarına başlayıb.

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron adıçəkilən şəhərdə səfərdədir. Onu daxili işlər naziri Jerald Darmenenin müşaiyət edir.