"Hamı özünü Roza Zərgərliyə oxşatdı. Bu yaxınlarda Röya Ayxan da dedi, hamı bir-birinə oxşayır. Bircə demədi ki, bədən quruluşların Rozaya oxşadırlar. Hətta plastik cərraha gedib deyirlər ki, Roza Zərgərlinin bədənini kimi edin. Sonra da deyirlər, biz bala Rozayıq".

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi hər dəfə müzakirələrə səbəb olan bədən quruluşundan danışıb:

"Özüm vücudumdan heç vaxt razı olmamışam. 20 il əvvəl bu görünüş mənə mane olurdu. Hər kəs qısa və şortik geyinəndə, mən edə bilmirdim. O vaxtlar heç bu görünüş dünya standartlarına da uyğun deyildi. Cennifer Lopesi də hamı lağa qoyurdu. Onda təbii deyil. Amma indi hamı gedib Cennifer Lopes kimi etdirir. Bizdə də mənə bənzədirlər. Cenniferdə təbii olmadığı üçün ombasını sığortalatdırıb. Deyir, birdən çat verər. Məndə anadangəlmədir, niyə sığortalatdırım?".