Çadın cənubundakı etnik qruplar arasında çıxan qarşıdurmada ölənlərin sayı 100-ə yüksəlib.  

Unikal.org xəbər verir ki,  Salamat bölgəsindəki Sihep və Ambarit kəndlərində bir tərəfdən ərəblər, digər tərəfdən Dagal və Kibet etnik qrupları arasında yaşanan qarşıdurmada həyatını itirənlərin sayı 100-ə çatıb. 

Ölkədəki İnsan Hüquqları Milli Komissiyası (CNDH) hökuməti Salamat bölgəsində fövqəladə vəziyyət elan etməyə çağırıb.