Əməkdar artist Elza Seyidcahan məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramına qonaq olub. 

Unikal.org xəbər verir ki, proqram boyunca  Əməkdar artist  bir sıra açıqlamalar verib. 

Belə ki, sənətçi bütün ziynət əşyalarının hazırda bankda olduğunu etiraf edib:

"Anamın evi söküldü, ona görə etdim. Novxanıda bağımız var idi, dələduzlar onu aldatdı. Anam düşünürdü ki, satıb bacılarıma ev alar. Sonra fikirləşdim ki, anama balaca ev alım. 25 min bankdan pul götürdüm. Ödəyirəm, amma hələ də borcum 29 mindir. Deyirəm ki, bəs, mən ödəyirəm borcumu, necə olur? Cavab verirlər ki, bizdə belədir".