Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 315 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.