Türkiyə hökuməti Bosniya və Herseqovinaya yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksinindən ödənişsiz olaraq 10 min doza göndərib.
Unikal.org
xəbər verir ki, bununla da martın 28-də göndərilən vaksinlərlə birlikdə Türkiyənin Bosniya və Herseqovinaya ayırdığı peyvəndin sayı 40 min dozaya çatıb.
Qeyd edək ki, pandemiya ərzində Türkiyə çoxlu sayda ölkəyə, o cümlədən Bosniya və Herseqovinaya qoruyucu maska, virusa qarşı mübarizədə istifadə edilən tibbi ləvazimatlar, həmçinin dezinfeksiya məhsulları göndərməklə yardım edib. Bundan əvvəl isə Türkiyədən aprelin 15-də Liviyaya 150 min peyvənd göndərilib.