Sumqayıtda yol qəzası baş verib.
Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ-Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.