Böyük Britaniyada son sutka ərzində 2206 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 385 938 nəfərə çatıb.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 35 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 260 nəfərə çatıb.