Goranboyda icra nümayəndəsi koronavirusdan ölüb.

Unikal.org-un məlumatına görə, Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1961-ci il təvəllüdlü Mustafayev Kəmaləddin Mustafa oğlu bu gün günorta saatlarında vəfat edib.

O bir neçə gün əvvəl yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxubmuş.

Qeyd edək ki, K.Mustafayev 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.