Gədəbəydə ev yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.