Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Qara Nuru kənd sakini Tarverdi Salayev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı qanunsuz olaraq əkib yetişdirdiyi 26 ədəd çətənə bitkisinin şitilləri  aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.