Göygöl rayonunda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)