Sabirabad rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Siraqəddin Cabbarovun əmri ilə, Mirzəliyev Nəsir Mürvət oğlu Sabirabad RİH-nin başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Sabirabad RİH-də sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə çalışıb.

Murad İbrahimli