Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə deputat Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyasının Saatlı rayonu təşkilatının qərargahında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon seçicilərilə görüşərək onları dinləmiş və onların sosial problemlərini müzakirə etmişdir.

Unikal.org xəbər verir ki, deputat Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş rayonun Qaralar kəndindən olan Şıxıyev Səyyad Abdul oğlunun və Səfərov Oqtay Əhməd oğlunun valideyinləri ilə də görüşmüş, onların qayğıları ilə maraqlanmışdır. Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də iştirak edib.