Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanadan evə buraxılıb.

Unikal.org xəbər verir ki, müğənni uzun müddətdir revmatizmadan əziyyət çəkir. Səhhəti daha da ağırlaşan Abdullayeva xəstəxanaya yerləşdirilmişdi. O, müalicəsini artıq evində davam etdirir.

Qeyd edək ki, Z.Abdullayevanın ayaqları tutulmuşdu. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkirdi. O, 30 kiloqram arıqlayıb.