Xəbər verdiyimiz kimi Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Unikal.org-a açıqlamasında bildirib ki, koronavirus səbəbinə görə xalq artisti ilə vida mərasimi keçirilməyəcək. E.Quliyevin nəşi hazırda Xalq artistinin müalicə aldığı özəl xəstəxanadan məscidə aparılıb. Xalq artistinin dəfn olunacağı yer bəlli olandan sonra mərhum torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Quliyev bir müddət əvvəl insult keçirmişdi.

Famil Fərhadoğlu