AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, iclasda bir sıra kadr və cari məsələlərə baxılıb.

AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına əsasən, bəzi elmi müəssisələrin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Pandemiya qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə keçirilən seçkilərdə akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitututunun, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, akademik Nailə Vəlixanlı isə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru vəzifəsinə seçiliblər.