Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.

Unikal.org-un xəbərinə görə, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum Ağstafa rayonunun Pirli kənd qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!