Bakı sakini qardaşını bıçaqladıqdan sonra özünü 4-cü mərtəbədən atıb.

Unikal.org xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 36 yaşlı Fuad Nəcəfli yaşadığı evdə özündən iki yaş kiçik qardaşı Murad Nəcəflini bıçaqlayıb. O, daha sonra özünü yaşadığı binanın 4-cü mərtəbəsindən aşağı atıb. F.Nəcəfli ölüb, M.Nəcəfli siə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğuna araşdırma aparılır.