Gürcüstanda son sutkada daha 1 077 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 8 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 293 321-ə, ölənlərin sayı 3 916-ya çatıb.

Son 24 saat ərzində sağalanların sayı isə 442 nəfər artaraq 279 831 olub.