Bakıda 20 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb.

Unikal.org-un  xəbərinə görə, hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.

2001-ci il təvəllüdlü İsazadə Gülnar Qabil qızı yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.