Azərbaycanın Xalq artisti Eldar Quliyev ailəsinin istəyinə uyğun olaraq həyat yoldaşının yanında dəfn ediləcək. 

Bu barədə Unikal.org-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Eldar Quliyevin dəfn yeri ailəsi tərəfindən (özünün vəsiyyəti ilə) mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığı müəyyən edilib.

10:40

Xalq artisti, rejissor Eldar Quliyev vəfat edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, E.Quliyev bu gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. O, martın əvvəlində evə buraxılmışdı.