ABŞ-Meksika sərhədində  yük maşınının  alt hissəsində  gizlənən  20 nəfər immiqrant  saxlanılıb.

Unikal.org xəbər verir ki, Texas və Meksika arasındakı sərhəddə sərhəd polisi yoxlama zamanı yük maşınının alt hissəsinə ikisi uşaq olmaqla 20 qeyri-qanuni mühaciri ələ keçirib. Mühacirlər   gizli yolla  gəldiyi yerdən çıxarılıb. 

ABŞ sərhəd polisi immiqrantların saatlarla oksigendən məhrum olduğunu bildirib.