Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 139 milyon 692 min 704 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 999 min 553 nəfərdir. İndiyədək 118 milyon 751 min 107 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 805 444 nəfər koronavirusa yoluxub, 13 036 pasiyent dünyasını dəyişib.