Bakıda ölüm hadisəsi baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, "Bağırov" körpüsünün üzərindəki dəmir yolu xəttində baş verib. Belə ki, təxminən 35-40 yaşlı kişini qatar vurub. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu