ETSN əməkdaşlarının vaksinasiyası davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, ölkə üzrə aparılan koronavirus infeksiyasına qarşı vaksinasiya prosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da  yaxından iştirak edir  və mərhələli şəkildə peyvənd olunurlar. 

Nazirliyin əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir. Vaksinasiyadan keçmək istəyənlər həkim yoxlanışından sonra peyvənd edilir.