Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir.

Unikal.org xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyətindən verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib.

Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.