Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1978-ci il təvəllüdlü Yusifov Ramin Allahverdi oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.