Rusiyanın Polşadakı səfiri Sergey Andreyev həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Unikal.org xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi nümayəndəsi Vladimir Aleksandrov “RİA Novosti” agentliyinə bildirib.

"Səfir bu gün həqiqətən Xarici İşlər Nazirliyinə çağırıldı", - Aleksandrov deyib.

O, çağırışın səbəbini dəqiqləşdirməyib. Eyni zamanda RAR agentliyi diplomatik mənbələrə istinadən bildirib ki, problem ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ilə əlaqəlidir.

"Daha bir səbəb Ukraynanın şərq sərhədindəki cari vəziyyətdir", - xəbərdə deyilir.