Türkiyənin Kocaeli vilayətində yerləşən fabrikdə güclü partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Körfez rayonunda qeydə alınıb. Partlayış nəticəsində fabrikdə olan işçilərdən səkkiz nəfəri yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın təsirindən fabrikdə yanğın olub. Faktla bağlı araşdırma başladılıb. Hadisənin səbəbi hələlik məlum deyil.