"Mən Ağdam qalıqlarına səfər etdim. Sual verirəm: Əgər ermənilər bu əraziləri özününkü hesab edirdilərsə, nədən bu əraziləri dağıdıb və baxımsız qoyublar?!”

Unikal.org xəbər verir ki, bunu İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri, senator Vito Petroçelli bildirib.

Vito Petroçelli özünün "Twiter" hesabında Ağdamdan şəkillər də paylaşıb.