İsmayıllı rayonunda ana ölümü hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə rayonun Mərkəzi xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. 

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1982-cı il təvəllüdlü Əkbərova İlahə Paşa qızı doğuş zamanı dünyasını dəyişib. Mərhum Şirvan şəhərində dəfn edilib. Onun iki azyaşlı övladı var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Famil Fərhadoğlu