Azərbaycanda pandemiya başlayandan bu günə kimi istehsal olunan tibbi maskaların sayı açıqlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  indiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal olunub.

Həmçinin bildirilib ki,  2020-ci ilin 5 mart tarixindən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib. Ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb.