Gürcüstan prezidenti Salome Zurabişvili və Ukrayna prezidenti Volodımır Zelenski arasında telefon danışığı aparılıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyasından bildirilib.

S.Zurabişvili Rusiya-Ukrayna sərhədindəki və Krımdakı vəziyyətdən narahatlığını bildirib və Ukraynaya həmrəylik ifadə edib. O qeyd edib ki, Ukrayna və Gürcüstanın təhlükəsizliyi üçün Avroatlantik inteqrasiyanı davam etdirmək önəmlidir.

Dövlət başçıları Qara dəniz bölgəsində təhlükəsizliyin vacibliyini, NATO-Avropa İttifaqı sammitində Gürcüstan və Ukraynanın birgə məqsədlərinin təqdim olunmasının zəruriliyini vurğulayıblar.

Tərəflər bu məsələlərin Gürcüstan prezidentinin Ukraynaya gözlənilən səfəri zamanı müzakirə olunması ilə bağlı razılığa gəliblər.