Qubadlı rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Malik İsaqovun əmri ilə, Emin Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, o, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyevin oğludur. E.Əliyev 2016-cı ildə “Lələtəpə” yüksəkliyinin azad edilməsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə medalla təltif edilib.

Murad İbrahimli