Bu gün bir sıra media nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonunun Təzəkənd kəndinə səfər edib.

Unikal.org-un Ağdama ezam olunan əməkdaşının verdiyi məlumata əsasən, səfər zamanı media nümayəndələri minalanmış ərazilərin təmizlənməsi barəsində ətraflı məlumat alıblar. Həmçinin ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov jurnalistlərə açıqlamasında bildirib ki, ermənilərin ağır artilleriyadan atəşə tutduğu yaşayış məntəqələri və əkin sahələri hərbi sursatla çirklənmiş ərazi hesab olunur:

“Atəşə tutulan həmin ərazilər təhlükəli ərazi hesab olunur. Hazirda həmin ərazilərin ANAMA-nın əməliyyat qrupuları tərəfindən tam təmizlənmə işləri davam etdirilir."

Gülayə Mecid