Bakıda oğurluq edən şəxslər tutulub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki bir ofisdən 1 300 manat dəyərində noutbuk, printer, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən isə 1 300 manat dəyərində televizor, 2 ədəd telefon, xalça və çaydan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Bayramlı və A.Məlikov saxlanılıblar.