"Nə Rəmiş, nə də mən koronavirusa yoluxmamışdıq. Rəmişi sağalda bilmədilər və ona koronavirus diaqnozu  qoydular".  

Bu sözləri  Unikal.org-a açıqlamasında mərhum sənətkarın həyat yoldaşı Güllü Hüseynova deyib.  

"Mən dəfələrlə bu barədə bildirmişəm ki, biz koronavirusa yoluxmadıq. Son zamanlar Rəmişə yaxşı müalicə  göstərmədilər. Onu sağalda bilməyidiklərini görüb, koronavirus olduğunu dedilər. Rəmişi itirdikdən sonra isə mənim də virusa yoluxduğumu bildirdilər. Bubları yalan şəkildə yayımlayan  həkim Nuranə  Nəsirova olub. Mənə söz imkanı da vermədi ki onun yalanını üzə çıxarım.  Amma əlimdə sənədlərim var. Rəmiş koronavirusdan ölməyib. Onun ruhu ilə oynamasınlar. Ölüyə hörmət etsinlər".  

Güllü Hüseynona son olaraq  Dövlət başçısı İlham Əliyevə və  Birinci xanım Mehriban Əliyevaya da öz minnətdarlığını  bildirib. 

Bildirək ki, məşhur gitarist Rəmiş ( Rafiq Hüseynov) aprelin 5-də  76 yaşında  vəfat edib.

 Gülayə Mecid