Ermənistanda son sutka ərzində daha 1075 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 204 053 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3794-ə yüksəlib.

Aktiv xəstələrin sayı 16 134 nəfər təşkil edir.