Gürcüstanda son sutkada daha 1 085 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 7 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 291 214-ə, ölənlərin sayı 3 901-ə çatıb.

Son 24 saat ərzində sağalanların sayı isə 432 nəfər artaraq 278 683 olub.