Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi qismən sərtləşdirilir.

Unikal.org xəbər verir ki, bu barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.

Onun sözlərinə görə, qapanma Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.

Nazirlər Kabinetinin iclasında həmçinin həftəsonu qadağaları qüvvədə saxlanılıb, həftəiçi küçəyə çıxma qadağasının isə yerli vaxtla saat 19:00-da 05:00-dək olması məqbul hesab edilib. Eyni zamanda şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar, digər xidmət sahələri Ramazan ayının sonunadək bağlanıb və s.