"Hesabatın təhlili bir çox məqamları üzə çıxarıb.

Aparılan yoxlamalar, təhlillər, monitorinqlərin nətcələri göstərir ki, heç də bütün dövlət orqanları dövlət başçısının büdcə vəsaitlərindən səmərəli istifadə etmək barədə qəti tapşırığından nəticə çıxarmayıblar".

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  milli məclisin bu gün keçirilən plenar iclasında deyib. 

O bildirib ki, mühasibat uçotu, dövlət satınalmaları, dövlət investisiya layihələrinin icrasında və digər prosedurlarda müəyyən edilən nöqsanlar bu sahədə daha ciddi və kompleks tədbirlərin görülməsini zəruri edir:

"Prosseslərin düzgün planlaşdırılması, elektronlaşması, subyektivlik amilinin minimuma endirilməsi, anlayışlara dəqiq tərifin verilməsi maliyyə intizamının güclənməsi üçün zəruri şərtlərə çevrilib".