“Hazırda deputatlar və Hesablama palatasının üzvləri buradadır. Təklif edirəm ki, növbəti dəfə “YAŞAT” Fonduna vəsait köçürək. Onlar müharibə iştirakçıları və qazilərlə bağlı çox böyük işlər görürlər".

Unikal.org-un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Son günlər COVID-19-dan ölənlərin sayında artım var. Hesab edirəm ki, vaksinləşmə ilə bağlı təbliğat işləri yetərli deyil”, - deputat bildirib.